"Xarakter göstərdik, Azərbaycan, komandamız adına uğur qazandıq"

"Xarakter göstərdik, Azərbaycan, komandamız adına uğur qazandıq"

"Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq".

"Mediasport" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade deyib.

Kabo verdeli yarımmüdafiəçi UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Aris"lə Yunanıstanda baş tutan cavab görüşü haqda düşüncələrini bölüşüb:

“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".

Andrade İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu belə şərh edib:

"Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı".

O, növbəti raundda üz-üzə gələcəkləri Kiprin "Omoniya" klubu haqda da fikirlərini paylaşıb:

"Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda qalib (2:1) gəldiyi "Aris"lə səfərdə 2:2 edərək III raunda yüksəlib.