"Qarabağ" Fransaya yollanır

"Qarabağ" Fransaya yollanır

“Qarabağ”ın daha bir komandası ölkə xaricində beynəlxalq turnirdə iştirak edəcək.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin U-17 komandası bu məqsədlə Fransaya yollanacaq.

17 yaşadək komanda Atlantik okeanının sahilində yerləşən Bretinyol-sür-Mer regionunda keçiriləcək "Turnuva İnterneyşnl"da (Tournoi International) yarışacaq.

Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda B qrupunda mübarizə aparacaq.

Rəqiblər Fransanın "Red Star", "Nonter" (ES Nanterre) və "Plezir" (FO Plaisir) komandaları olacaq.

"Qarabağ" mayın 15-də "Nonter"lə (Bakı vaxtı ilə saat 18:35), mayın 16-da "Plezir" (saat 12:50) və "Red Star"la (saat 19:20) qarşılaşacaq.

Yalnız qrup qalibləri yarımfinala adlayacaq. Yarımfinal və final görüşləri mayın 17-də keçiriləcək.

Xatırladaq ki, "atlılar"ın U-16 komandası mayın 13-15-də Niderlandın Dörne şəhərində təşkil olunacaq "U16 Charity Cup" turnirində mübarizə aparacaq.