DÇ-2026: İslandiya - Azərbaycan oyunu niderlandlı hakimə tapşırıldı

DÇ-2026: İslandiya - Azərbaycan oyunu niderlandlı hakimə tapşırıldı

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, səfərdə İslandiya ilə qarşılaşacaq millimizin matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək.

Komandamız bu gün Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı "Lauqardalsvollur" stadionunda son məşqinə çıxacaq.

Xatırladaq ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.