"Neftçi"dən ayrılan futbolçu Fransa klubu ilə müqavilə bağladı

"Neftçi"dən ayrılan futbolçu Fransa klubu ilə müqavilə bağladı

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib.

Fransalı futbolçu karyerasını vətənində davam etdirəcək.

31 yaşlı müdafiəçi 1-ci Liqa klubu "Genqam"la iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.