"Sabah" Gürcüstanda 2-ci oldu
“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.
"Mediasport" xəbər verir ki, təmsilçimiz qrup mərhələsində “Xelvaçauri” (3:0) və “Dolfins” (4:0) komandalarını məğlub edib, “İberia 1999” (1:1) ilə bərabərə qalıb.
1/4 finalda “Kobuleti”yə qalib gələn (3:0) “Sabah” yarımfinalda “Xelvaçauri”ni də üstələyərək (3:1) həlledici matça vəsiqə qazanıb.
Finalda “Vazisubani” (0:0) komandasına oyun sonrası penaltilər seriyasında uduzan “Sabah” ikinci yeri tutub.
