"Zirə"nin baş məşqçisi söyüşə görə meydandan qovuldu, azarkeşləri sonda hakimlərə hücum etdilər

AFFA İntizam Komitəsi U-15 Liqasının mayın 3-də keçirilən "Neftçi" - "Zirə" matçında qeydə alınan xoşagəlməz hadisələrlə bağlı qərarlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, qonaq komandanın baş məşqçisi Natiq Kərimi meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
İK bu səbəbdən məşqçiyə 2 oyunluq cəza verib.
Matç başa çatdıqdan sonra "Zirə"nin azarkeşləri hakimlərin üzərinə hücum çəkiblər, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. AFFA buna görə kluba xəbərdarlıq edib.