Azərbaycanlı futbolçu İspaniya klubu ilə müqavilə bağladı - FOTO
Azərbaycanlı futbolçu Səid Aslanov karyerasını yenidən İspaniyada davam etdirəcək.
"Mediasport" "Oxu.az"a istinadən xəbər verir ki, mərkəz müdafiəçisi "Real Mursiya" ilə müqavilə bağlayıb.
Daha əvvəl bu ölkədə "Hueska"nın U-16 komandasında forma geyinmiş 15 yaşlı gənc ölkəmizdə "Zirə"də oynayıb.
Xatırladaq ki, "Real Mursiya" İspaniya 3-cü Liqasında mübarizə aparır.



