"Sabah" Türkiyədə "Başakşəhər"lə "Qazianetp"ə qalib gəldi

"Sabah" klubunun U-12 komandası Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq turnirində üç oyun keçirib.
"Mediasport" xəbər verir ki, komanda ilk görüşdə “Rizespor”la qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Səhlab Məmmədov fərqlənib. Bakı klubu növbəti qarşılaşmada “Başakşəhər”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Arda Fərəmuzov vurub.
Emin Salmanovun baş məşqçisi olduğu kollektiv üçüncü oyunda “Qaziantep” üzərində 3:1 hesablı qələbə qazanıb. Hər üç qolu Arda Fərəmuzov rəqib qapısından keçirib.
Qeyd edək ki, üç oyundan sonra "Sabah"ın 6 xalı var.