FOTO: AFFA Azərbaycan milli komandasına Fatih Terimi gətirir?

FOTO: AFFA Azərbaycan milli komandasına Fatih Terimi gətirir?

Türkiyə futbolunun əfsanələrindən Fatih Terim Azərbaycan milli komandasının baş məşqçisi postuna gətirilir.

"Mediasport" xəbər verir ki, bu barədə tanınmış türkiyəli jurnalist Ozan Zeybek məlumat yayıb.

Məlumata görə, AFFA 72  yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Xatırladaq ki, "İmperator"un son iş yeri ötən mövsüm Səudiyyə Ərəbistanının "Əl Şəbab" komandası olub.