Latviya çempionu Azərbaycan klubunun məşqçisi oldu - RƏSMİ
"İmişli" məşqçilər korpusunu gücləndirib.
"Mediasport" xəbər verir ki, latviyalı Ervins Perkons bölgə təmsilçisinin köməkçi məşqçisi təyin olunub.
UEFA PRO lisenziyasına malik 35 yaşlı mütəxəssis Latviyanın "Elqava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
Çalışdırıcı bu komandaları iki dəfə (2022, 2024) yüksək liqaya çıxarıb.
Ervins Perkons fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.


