1:3 uduzan Rəşad Sadıqov: "Yaxşı oyunlarımızdan birini keçirdik"

1:3 uduzan Rəşad Sadıqov: "Yaxşı oyunlarımızdan birini keçirdik"

"Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 məğlub durumda idik. Halbuki oyun bərabər səviyyədə keçirdi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turunun "Sabah"la ev görüşünü dəyərləndirib:

"Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik.

Belə olan halda ilk hissədən sonra tabloda gözlənilməz hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü.

Futbolçularıma təşəkkür etmək istəyirəm. Yaxşı oyunlarımızdan birini keçirdik. Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol old".

Qeyd edək ki, "Zirə" öz meydanında "Sabah"a 1:3 hesabı ilə məğlub olub.