Ələkbər Həsənov Bolqarıstanda FİBA-nın seminarında iştirak edib

Ələkbər Həsənov Bolqarıstanda FİBA-nın seminarında iştirak edib

Beynəlxalq Basketbol Federasiyasının Azərbaycanda milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanın Samokov şəhərində FİBA tərəfindən təşkil olunan seminarda iştirak edib.

"Mediasport" xəbər verir ki, 29 may - 1 iyun tarixlərində keçirilən seminarda Avropa basketbol federasiyalarının nümayəndələri bir araya gəlib.

Seminar çərçivəsində qaydalardakı yeniliklər, hakimlik meyarları, hakimlərin hazırlanması prosesi və hakimliyin keyfiyyətinin artırılması ilə bağlı mövzular müzakirə olunub.