Yığmamız Avropa çempionatına inamlı qələbə ilə başladı

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycam millisi Avropa çempionatının C Divizionunda mübarizəyə uğurla başlayıb.
"Mediasport" xəbər verir ki, B qrupunda yer alan komandımız San Marino yığması ilə qarşılaşıb.
Basketbolçularımız rəqib üzərində inamlı qələbə qazanıblar - 105:60. Millimizin heyətində Azər İbrahimov 24 xalla matçın ən məhsuldar oyunçusu olub.
U-16 Albaniyanın ev sahibliyi etdiyi turnirin ikinci turu çərçivəsində sabah Andorra komandası ilə üz-üzə gələcək.