Azərbaycan millisi İrlandiya səfərində - Avropa çempionatı
Azərbaycanın kişi basketbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma Dublində İrlandiya seçməsi ilə qarşılaşacaq.
"National Basketball Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, komandamız bunadək Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzmaqla, qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.
