UEFA Avropa Liqası: "Qarabağ"ın mümkün rəqiblərinin sayı azaldı
"Aston Villa"nın UEFA Avropa Liqasını qazanmasından sonra növbəti mövsüm turnirdə yarışacaq "Qarabağ"ın potensial rəqiblərinin sayında dəyişiklik olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunun mümkün rəqiblərinin sayı azalıb.
"Atlılar"ın potensial rəqiblərinin sayı 8-dən 6-ya düşüb: "Voyvodina" (Serbiya), ÇFR (Rumıniya), "Alüminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).
Siyahıya Slovakiyanın "Jilina" yaxud Moldovanın "Zimbru" komandası əlavə olunacaq.
Xatırladaq ki, mərhələnin püşkü iyunun 16-da atılacaq.


