2025-ci ildə Azərbaycanın ən güclü futbolçusunun adı müəyyənləşdi
“Futbol+” qəzetinin tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri məlum olub.
Səsvermə nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev seçilib.
Yığmamızın üzvü sorğuda ən yaxın izləyicisi olan həmklubu Bəhlul Mustafazadəni qabaqlayıb.
Sıralamada digər yerləri müvafiq ardıcıllıqla Toral Bayramov, Xəyal Əliyev, Abdulla Xaybullayev, Rüfət Abbasov, Nəriman Axundzadə, Qismət Alıyev, Anton Krivotsyuk və Ceyhun Nuriyev tutublar.
Xatırladaq ki, futbola keçmiş "İnter”in (indiki "Şamaxı") aşağı yaş qruplarında başlayan Elvin 2017-ci ilin iyulunda “Qarabağ”ın U-19 komandasına keçib.
2019/20 mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra - 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.
2021-ci il mayın 26-da növbəti – üçillik müqaviləyə imza atsa da, qısa müddət sonra - 2022-ci il dekabrın 16-da ağdamlılarla anlaşmanı 2026-cı ilin yayınadək uzadıb.
“Transfermarkt”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasında 33 oyun keçirib, 1 qol vurub.
Mediasport.com.az
