"Sabah"ın Çempionlar Liqası oyunu məşhur hakimə tapşırıldı
Oktyabrın 13-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda baş tutacaq "Sabah" - "Slaviya" "(Çexiya) oyununa hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim məşhur Sebastyan Gishamer olacaq. Yan xətlərdə Roland Ridel və Santino Şrayner işləyəcəklər.
Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas, AVAR-da Jozef Spurni çalışacaq.
Matç saat 20:45-də start götürəcək.

