"Şamaxı" Qəbələ stadionunda "Sumqayıt"ı tək qolla məğlub etdi

"Şamaxı" Qəbələ stadionunda "Sumqayıt"ı tək qolla məğlub etdi

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" növbəti yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun komandası "Sumqayıt"la qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş şirvanlıların qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "şirlər" daha əvvəl "Qəbələ"yə uduzub (1:2), "Karvan" (2:0) və "Kəpəz"ə qalib gəliblər (6:1).

"Sumqayıt" isə "İmişli" ilə heç-heçə edib (0:0), "Kəpəz"dən güclü olub (2:1).