"Sumqayıt"ın yola saldığı futbolçuların sayı 11-ə çatdı

"Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müdafiəçi Alan Diasla vidalaşıb.
27 yaşlı braziliyalı ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Sumqayıt təmsilçisini onadək Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov və, Sərtan Taşkın tərk edib.