"Qarabağ" UEFA Gənclər Liqasında səfərdə "Benfika"ya 7 qolla uduzdu
UEFA Gənclər Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışdakı təmsilçilərindən "Qarabağ"ın U-19 komandası ilk matçını səfərdə keçirib.
"Köhlən atlar" Lissabonda "Benfika"ya böyük hesabla uduzublar.
U-19 qarşıdakı turlarda müvafiq ardıcıllıqla aşağıdakı formada qarşılaşacaq:
I tur, 16 sentyabr
“Benfika” (Portuqaliya) - “Qarabağ” 7:1
Qol: Əli Qazıbəyov, 85.
II tur, 1 oktyabr
“Qarabağ” - “Kopenhagen” (Danimarka)
III tur, 22 oktyabr
“Atletik” (İspaniya) - “Qarabağ”
IV tur, 5 noyabr
“Qarabağ” - “Çelsi” (İngiltərə)
V tur, 25 noyabr
“Napoli” (İtaliya) - “Qarabağ”
VI tur, 10 dekabr
“Qarabağ” - “Ayaks” (Niderland)
Xatırladaq ki, “Qarabağ” ev görüşlərini “Azersun Arena”da keçirəcək. 36 komandanın 6 turda mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcəklər.

