"Sabah"ın Çempionlar Liqasının pley-offunda rəqibi müəyyənləşdi
UEFA Çempionlar Liqasında təmsilçimiz "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "bayquşlar" Liqa mərhələsi yolunda İsrailin "Hapoel" Beer-Şeva komandası ilə qarşılaşacaqlar.
İsrail təmsilçisi IIl təsnifat mərhələsinin hər iki oyununda "Srvena Zvezda"nı (Serbiya) məğlub edib (1:0, 2:0).
Pley-off raundunda ilk görüşlər avqustun 18-19-da, cavab matçları isə avqustun 25-26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan çempionu azı UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.


