"Turan Tovuz" mövsümün ikinci hissəsinin hazırlıqlarına başladı
Qısamüddətli istirahəti başa vuran "Turan Tovuz"un mövsümün ikinci hissəsinin hazırlığı start götürüb.
"Mediasport" xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv bu gün Türkiyənin Antalya şəhərində ilk məşqinə çıxıb.
"Turan Tovuz"un Antalya toplanışı yanvarın 18-dək davam edəcək.
Qərblilər burada iki yoxlama oyunu keçirəcəklər.
Rəqiblər hələlik müəyyənləşməyib.
