Sabir Zeynalov Cənubi Koreyada Qran-pri yarışının qalibi oldu

 Sabir Zeynalov Cənubi Koreyada Qran-pri yarışının qalibi oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən Qran-pri yarışında yüksək nəticə göstərib.

"Mediasport" xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

K44 kateqoriyasında mübarizəyə 1/4 finaldan başlayan Zeynalov müvafiq olaraq Mitsuya Tanaka (Yaponiya), Xianq Ven (Tayvan) və Qustavo Ruppeli (Braziliya) məğlub edib.