TTF prezidenti Behri Tanrıkulu Azərbaycan millisininin məşqində
Gənclər Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə Taekvondo Milli Komandaları Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edir.
"Mediasport" xəbər verir ki, idmançılarımız Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) milli komandanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyə Olimpiya komandası ilə birgə məşqlərdə iştirak edərək Dakar-2026-ya hazırlıqlarını davam etdirirlər.
Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb.
Görüş zamanı federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Məşqlər avqustun 5-dən başlayıb və 26-dək davam edəcək.


