Azərbaycan klubu Avropa çempionatında ikinci yeri tutdu

 Azərbaycan klubu Avropa çempionatında ikinci yeri tutdu

Azərbaycanın 3 taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçilərimizdən 2 qızıl medal qazanan "Altay" yarışı ikinci pillədə başa vurub.

Takevondoçularımız arasında ümumilikdə Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.

Digər klublarımız "Atlet" və "Mübariz" kollektivləridir. Avropa çempionatına bu gün yekun vurulacaq.