Azərbaycanın taekvondo tarixində ilk qızıl medalı Novruzov qazandı
Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən “Türkiye Open” beynəlxalq turnirində freestyle proqramında yüksək nəticəyə imza atıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz parlaq çıxışla qızıl medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasının nümayiş komandasının (Demo Team) kapitanı yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənib.
Qeyd edək ki, bu Azərbaycan taekvondosu tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.
