Yığmamızın 6 üzvü Almaniyada Avropa çempionatında yarışacaq
Almaniyanın Münhen şəhərində keçiriləcək Avropa çempionatında yarışacaq Azərbaycan parataekvondoçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində 6 idmançı ilə təmsil olunacaq.
K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kiloqram), Amin Əliyev (63 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) yarışacaq.
Qadınların mübarizəsində isə eyni kateqoriyada dayanq üzərinə Səmayə Həsənova (47 kiloqram) çıxacaq.
Millimiz baş məşqçi Fərid Tağızadənin rəhbərliyində mübarizə aparacaq.
Bu gün başlanacaq AÇ mayın 14-də yekunlaşacaq.
