Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında yarışacaq

 Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında yarışacaq

Azərbaycan taekvondoçuları Çinin Uşi şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, oktyabrın 24-30-u aralığında baş tutacaq mundialda ölkəmiz 9 idmançı ilə təmsil olunacaq.

Yarışda Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) mübarizə aparacaq.

Komandamız səfərə taekvondo federasiyasının icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yollanıb.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva DÇ-də ədaləti qoruyacaq.