Portuqaliya millisində oynamış müdafiəçi "Turan Tovuz"a keçdi

Portuqaliya millisində oynamış müdafiəçi "Turan Tovuz"a keçdi

"Turan Tovuz" heyətini yeni legionerlə gücləndirib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi son olaraq Sloveniyanın "Omoniya" klubunda oynamış müdafiəçi Jorje Silvanı transfer edib.

Portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasuş" komandalarına forma geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub. 

Silva “Olimpiya”nın heyətində 63 oyun keçirib.

O, Azərbaycanadək sloveniyalıların heyətində UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.