AFFA-da yeni sədr iki tanınmış hakimi komitədən uzaqlaşdırdı
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov gözlənilməz və radikal addım atıb.
Federasiyadan "Mediasport"a verilən məlumata görə, noyabrdan rəhbər vəzifə tutan sabiq referi keçmiş həmkarlarından ikisini Hakimlər Komitəsindən kənarlaşdırıb.
Söhbət sabiq FİFA hakimləri - Anar Salmanov və Vüsal Əliyevdən gedir.
Birvaxtlar Azərbaycanın ən güclü ədalət təmsilçiləri olan ikiliyə heç bir səbəb göstərilmədən ərizə yazdırılıb.
Xatırladaq ki, hər iki mütəxəssis komitənin hakim hazırlığı kursunda təlimatçı-müəllim vəzifəsini icra edirdilər.
Məlumata görə, bu addım Hakimlər Komitəsində struktur dəyişikliyi məqsədilə atılıb və digər qərarlar yaxınlarda açıqlanacaq.
