Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılacaq

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılacaq

Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, mərasim 17 sentyabr, saat 15:00-da "Holiday INN" otelində baş tutacaq.

Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.