AFFA-nın baş katibi: "Santuş istefa verməlidir, əgər verməsə... - VİDEO

"Bu komanda belə nəticəyə layiq deyil. Biz İslandiya ilə oynaya bilmiriksə, müdafiə futbolunu qəbul ediriksə, bu, bizim problemimizdir".
"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
O, portuqaliyalı çalışdırıcının qorxaq futbol oynatdığını söyləyib və Azərbaycan xalqına hörmətsizlik etdiyini deyib:
"Baş məşqçi ev tapşırığını yerinə yetirə bilmədi. Fernandu Santuşun Azərbaycan futboluna, xalqına bu cür yanaşması qəbuledilməzdir. Mətbuat konfransını gözləyirik. Baş məşqçinin açıqlamasını gözləyirik. Mən gözləyirəm ki, Santuş məsuliyyətini düzgün sözlərlə ifadə etsin".
Xatırladaq ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.