Cəlal Türkiyəyə yollandı, "Arda" Ukrayna klubu ilə "sülh" bağladı
Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın "Arda" klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.
"Mediasport" xəbər verir ki, Krjaali təmsilçisi bu gün ilk yoxlama matçında qüvvəsini sınayıb.
Hüseynovun komandası Ukraynanın "Kudryovka" kollektivi ilə qarşılaşıb.
Yığmamızın müdafiəçisi 1:1 hesabı ilə başa çatan qarşılaşmada meydana start heyətində çıxıb.
"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.
