"Sabah" futbol klubu və Azərbaycan futbolu üçün gözəl bir axşam!"
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus "Sabah"ı UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya" komandası üzərindəki qələbə münasibətilə təbrik edib.
"Mediasport" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında pos paylaşıb:
"Sabah" futbol klubu və Azərbaycan futbolu üçün gözəl bir axşam!
Oyunçuları və bütün komandanı təbrik edirik! Fəxr edirik ki, litvalı məşqçi Valdas Dambrauskas komandanı bu nailiyyətə aparır".
Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Satdionunda 2:0 hesabı ilə qalib gəlib.

