Bölgə klubundan növbəti transfer
1-ci Liqada yeni mövsümə hazırlaşan "Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, aranlılar Lətif Rzayevlə anlaşıblar.
Yarımmüdafiəçi ilə qarşıdakı mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Rzayev son olaraq “İmişli”də çıxış edib.


