İsgəndər Cavadov qarşıdakı 4 il üçün federasiya prezidenti seçildi
Regional Futbol Federasiyaları İctimai Birliyinin ofisində qurumun növbəti – Beşinci Hesabat-Seçki Konfransı keçirilib.
"Mediasport" xəbər verir ki, konfransda səsvermə hüququna malik 8 regional futbol federasiyasının prezidenti iştirak edib.
Keçirilən səsvermədən sonra İsgəndər Cavadov qarşıdakı 4 il müddətinə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib.
