AFFA rəhbərliyi Litva səfərində yığma komandanı tək buraxmadı
Azərbaycan UEFA Millətlər Liqasının ilk turu çərçivəsində sabah Litva ilə keçirəcəyi oyundan öncə son məşqinə çıxıb.
"Mediasport"un Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, AFFA rəhbərliyi yığmanı səfərdə tək qoymayıb.
Qurumun baş katibi Cahangir Fərəcullayev, vitse-prezidenti Sərxan Hacıyev komandanın son məşqini izləyənlər arasında olub.
Federasiya rəsmisi məşqdən əvvəl baş məşqçis Ayxan Abbasovla söhbət edib.
Qeyd edək ki, sabah baş tutacaq Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, idman jurnalistlərinin Litvaya səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyilə həyata keçirilib.

