Kubokda son iki yarımfinalçı bu gün müəyyənləşəcək - YENİLƏNİR
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə son iki cavab iki qarşılaşması baş tutacaq.
Bununla da bütün yarımfinalçıların adlarına aydınlıq gələcək.
Xatırladaq ki, əvvəlki günlərdə "Qarabağ" və "Zirə" 1/2 finala yüksəlib.
Azərbaycan Kuboku, 1/4 final. Cavab oyunları
5 mart (cümə axşamı)
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:30
“Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu, 18:00
Yarımfinal
"Zirə" - “Turan Tovuz”/“Kəpəz”
"Qarabağ" - “Qəbələ”/“Sabah”
