Baş məşqçidən sonra iki əsas futbolçu da "Sumqayıt"dan getdi
Baş məşqçi Saşa İliçlə vidalaşan "Sumqayıt"da daha 2 ayrılıq baş tutub.
"Mediasport" xəbər verir ki, Aleksandr Ramalinqom və Rayan Senhadji "gənclik şəhəri" təmsilçisindən gedib.
Ramalinqon başa çatan mövsümdə "Sumqayıt"ın heyətində ümumilikdə 34 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Senhadjinin məhsuldar göstəricisi daha aşağı olub. O, 32 oyuna çıxıb, 1 qolun və ötürmənin müəllifi olub.
Xatırladaq ki, hər iki oyunçu 2025-ci ilin yayında "Sumqayıt"a qoşulub.


