"Turan Tovuz" Şamaxıda qalib gəldi, "Zirə" - "Kəpəz" matçı təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura bu gün yekun vurulacaqdı.
"Mediasport" xəbər verir ki, son oyun günündə iki matç keçirilməli idi.
Avrokuboklara iddialı "Turan Tovuz" Şamaxı səfərindən qələbə ilə qayıdıb.
Liqada qalmağa çalışan "Kəpəz"in isə medalları hədəfləyən "Zirə" ilə qarşılaşması qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınıb.
Turun əvvəlki görüşlərində "Neftçi" "Sumqayıt"ı məğlub edib (1:0), "Araz-Naxçıvan" - "Səbail" (0:0), "Qarabağ" - "Sabah" qarşılaşmalarında qalib müəyyənləşməyib (1:1).
Azərbaycan Premyer Liqası. 24-cü tur
“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Aleks Souza, 30.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
17:00 “Zirə”– “Kəpəz” (təxirə salınıb)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu