Toral "Bursaspor"un heyətində darmadağının iştirakçısı oldu
Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov "Bursaspor"un heyətində növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, cinah oyunçusu Türkiyə 1-ci Liqasının 5-ci tur qarşılaşmasında meydana çıxıb.
O, "İstanbulspor"la ev görüşünün 70-ci dəqiqəsində oynamaq şansı qazanıb.
Matç bursalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Əjdahalar" 12 xalla turnir cədvəlinin 2-ci pillədə qərarlaşıblar.


