Ayxan Abbasovun Polşaya səfəri Mahir Emreli üçün düşərli oldu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.
"Mediasport" xəbər verir ki, mütəxəssislər millinin “Rakuv”da forma geyinən hücumçusu Mahir Emrelinin "Motor"la çempionat oyununu stadiondan izləyiblər.
Forvardın komandası 2:1 hesablı qələbə qazanıb, Mahir 87 dəqiqə meydanda olub.
Qonaqlar görüşdən sonra yığma üzvü ilə görüşüblər.


