Ayxan Abbasov millimizin heyətində dəyişikliklər etdi

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") A milliyə cəlb olunublar.
Xatırladaq ki, sentyabrın 9-da əsas milli komanda DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.