Azərbaycan Kuboku: Cavab oyunlarının hakimləri açıqlandı

Azərbaycan Kuboku: Cavab oyunlarının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar açıqlanıb.

"Mediasport" xəbər verir ki, raund iki günü əhatə edəcək.

"Qarabağ"ın "Sabah"la səfər matçı Rəvan Həmzəzadəyə tapşırılb. "Zirə" - "Turan Tovuz" görüşündə isə baş hakim Əli Əliyev olacaq.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab oyunları


21 aprel

19:00. "Zirə" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

İlk oyun: 2:0.


22 aprel (çərşənbə)

20:00. "Sabah" – "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu

VAR: Kamranbəy Rəhimov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bank Respublika Arena"

İlk oyun: 2:2