"Neftçi" bu dəfə qum üzərində...

"Neftçi" bu dəfə qum üzərində...

"Neftçi” yeni mövsümün hazırlıqlarının ilk mərhələsini Bakıda davam etdirir.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" növbəti məşq gününü Su İdmanı Sarayında keçiriblər.

Komanda üzvləri qum üzərində müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər.

Bakı təmsilçisinin paytaxtda hazırlıq prosesi iyulun 14-dək davam edəcək.

"Neftçi" iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təlim-məşq toplanışında olacaq və orada 4 yoxlama matçı nəzərdə tutulub.