"Turan Tovuz" və "Sumqayıt" turu qələbə ilə başa vurdular

"Turan Tovuz" və "Sumqayıt" turu qələbə ilə başa vurdular

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.

"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə iki görüş baş tutub.

Medallara iddialı "Turan Tovuz" ot örtüyünün dəyişdirilməsindən sonra bu mövsüm doğma meydanda ilk matçını keçirib.

Liderlər qrupunda yer alan "Araz-Naxçıvan" isə Sumqayıt səfərində meydana çıxıb.

Tura sabah yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 10-cu tur


31 oktyabr

“Qarabağ” - “İmişli” 2:0

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Azersun Arena”, 17:00


1 noyabr (şənbə)

“Karvan-Yevlax” - “Zirə” 2:3

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Əmrah İbrahimov 

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu, 14:00


“Neftçi” - “Kəpəz” 5:1

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Palms Sports Arena”, 17:00


2 noyabr (bazar) 

“Turan Tovuz” - “Şamaxı” 2:1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Kamal Umudlu 

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu, 16:00


“Sumqayıt” - “Araz-Naxçıvan” 3:2

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ömər Paşayev 

AFFA nümayəndəsi: Bəhram Qurbanov

M.H. adına Sumqayıt şəhər stadionu, 18:30 


3 noyabr (bazar ertəsi) 

“Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”, 19:30