RƏSMİ: "Şamaxı" Azərbaycan millisinin üzvünü transfer etdi

RƏSMİ: "Şamaxı" Azərbaycan millisinin üzvünü transfer etdi

2025-26 mövsümünə hazırlığı davam etdirən "Şamaxı" daha bir oyunçunun keçidini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi "Zirə"dən Səlim Həşimovu transfer edib.

19 yaşlı qapıçı yeni mövsümü icarə əsasında "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, Səlim 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının formasını geyinir.