UEFA Çempionlar Liqasında əsas mərhələnin matçları start götürdü

Futbol üzrə UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümü üçün əsas mərhələ start götürüb.
"Mediasport" xəbər verir ki, qitənin bir nömrəli klub yarışının əsas mərhələsinin ilk turunun birinci oyun günündə 6 qarşılaşma keçirilib.
Azərbaycan çempionu "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb.
Rəqiblərimizdən "Atletik" Bilbaoda "Arsenal"a uduzub.
Ümumilikdə 18 matçın baş tutacağı ilk turun görüşləri üç günü əhatə edəcək.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
"Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) 0:2
PSV (Niderland) - "Yunion San-Jiluaz" (Belçika) 1:3
"Real" M. (İspaniya) - "Olimpik" M. (Fransa) 2:1
"Yuventus" (İtaliya) - "Borussiya" D. (Almaniya) 4:4
"Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 1:0
"Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:3