UEFA Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - SON QƏRAR

UEFA Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - SON QƏRAR

UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünün final qarşılaşmasına ev sahibliyi edəcək stadion dəqiqləşib.

"Mediasport" xəbər verir ki, Avropa futbol təşkilatı bu hüququ İspaniyaya verib.

Qitənin bir nömrəli klub yarışının həlledici oyunu paytaxt Madriddə yerləşən "Metropolitano" stadionunda keçiriləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul olunub.

İclasda 2026-cı ildə UEFA Superkubokunun Avstriyanın Zalsburq şəhərində, 2027-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalının isə Polşanın paytaxtı Varşavadakı Milli stadionunda keçirilməsi də qərara alınıb.

Xatırladaq ki, 2027-ci ildə UEFA Çempionlar Liqasını təşkil etmək istəyən digər namizəd şəhər Bakı (Bakı Olimpiya Stadionu) idi.