UEFA Millətlər Liqası: Millimizin oyunu bu stadionda keçiriləcək

UEFA Millətlər Liqası: Millimizin oyunu bu stadionda keçiriləcək

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində növbəti ev oyununu hansı stadionda keçirəcəyi açıqlanıb.

"Mediasport" xəbər verir ki, oktyabrın 4-də yığmamızın Litva futbolçuları ilə oyunu Gəncə şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, AFFA rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda azarkeşləri millimizi dəstəkləməyə çağırıb.